05 may 2024 08:24
285

Manhettendə partlayış təhlükəsi səbəbindən iki sinaqoq təxliyə edilib

ABŞ-nin Nyu-York şəhərində iki sinaqoq partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “New York Post” qəzeti şəhər polisinə istinadən məlumat verib.

Məlumata görə, hüquq-mühafizə orqanları şənbə günü yerli vaxtla saat 15:15-də və 16:30-da partlayış təhlükəsi barədə məlumat alıblar.

Polis hadisə ilə bağlı təhqiqata başlayıb.