05 may 2024 08:28
229

Kisida partiyasının seçkilərdə uğursuzluğuna baxmayaraq parlamenti buraxmayacaq

Yaponiyanın Baş naziri Fumio Kisida, Liberal Demokrat Partiyasının (LDP) bu yaxınlarda ölkədə keçirilən seçkilərdə uğursuz olması səbəbindən parlamenti buraxmağı və erkən seçkilər keçirməyi planlaşdırmır.

“İki sahil” xəbər verir ki, bu barədə Yaponiya hökumətinin başçısı rəsmi səfərdə olduğu Braziliyada keçirdiyi mətbuat konfransında bildirib.

"Biz müxtəlif daxili və beynəlxalq məsələlərin həlli üçün əlimizdən gələni edəcəyik. Nəticəni nümayiş etdirmək vacibdir və indi başqa bir şey haqqında düşünmürəm", - o deyib.

Aprelin sonunda keçirilən seçkilər nəticəsində hakim LDP parlamentin aşağı palatasında əsas üç yeri itirib.