05 may 2024 15:10
264

Qvardiola iddialı danışdı: Çempion olacağıq

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasındakı çempionluq yarışından danışıb.

“İki sahil” xəbər verir ki, mütəxəssis komandasının çempion olacağına inandığını deyib:

“Bir həftə qaldı. 3 oyun, 9 xal...Biz çempion olacağıq. 6 və ya 7 xal qazansaq, "Arsenal" Premyer Liqanın qalibi olacaq. Top fərqinə çatmaq mümkün deyil. Biz heç-heçə edə bilmərik. "Arsenal" çox yaxşı oynayır. Ümid edirəm ki, çempionatın taleyini öz əlimizə alacağıq”.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümün bitməsinə 3 oyun qalmış Xep Qvardiolanın komandası 82 xalla 2-cidir.  Lider “Arsenal” "Mançester Siti"ni 1 xal qabaqlayır.

Qeyd edək ki, "şəhərlilər" "topçular"dan 1 matç az keçirib.