05 may 2024 16:02
284

Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, yığma 3 lent və 2 topla hərəkətlərdə uğurlu çıxış edib.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 29,950 xal toplayıb.

Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də bürünc mükafata sahib çıxıb.