05 may 2024 16:29
259

"Bavariya"nın futbolçusu "Real"la oyunu buraxacaq

"Bavariya"nın müdafiəçisi Rafael Qerreyro Çempionlar Liqasının yarımfinalının "Real"la cavab matçında meydana çıxmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçu Bndesliqasının 32-ci turunun "Ştutqart"la matçında (1:3) zədələnib. Portuqaliyalının diz oynağında və çarpaz bağlarında zədə aşkarlanıb. Bu səbəbdən Qerreyro sözügedən oyununu buraxacaq.

"Real" - "Bavariya" oyunu mayın 8-də, Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.