06 may 2024 10:53
213

Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri yandırılıb

Mayın 4-ü səhər 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub.

"İki sahil" DİN-ə istinadən xəbər verir ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Elgün Təhməzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.