06 may 2024 13:09
436

EURAS-ın prezidenti BANM-də master-klas keçib - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, İstanbul Aydın Universitetinin təsisçisi və rektoru Mustafa Aydın master-klas keçib.  

“İki sahil” xəbər verir ki, ”Ali təhsildə müasir liderlik” adlanan tədbirdə BANM-in rektoru Elmar Qasımov, ictimai-siyasi xadim Həsən Həsənov, ölkənin bir sıra ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov mövzunun aktuallığından danışıb və bu sahədə müasir metodların öyrənilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, gənclərin layiqli vətəndaş və şəxsiyyət kimi formalaşmasında müasirlik ilə yanaşı, zəngin adət-ənənələrimizin, mental dəyərlərimizin rolu böyükdür. Sonra Mustafa Aydın liderliyin əsas xüsusiyyətləri, şəxsiyyətin inkişafında və formalaşmasında təlim-tərbiyyənin rolu, eləcə də mənəvi dəyərlərin önəmindən söhbət açıb. O, ustad dərsinin iştirakçıları ilə öz təcrübələrini bölüşüb.  Sonda tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, uğurlar arzulayıb. Daha sonra Mustafa Aydın iştirakçıların suallarını cavablandırıb.