06 may 2024 16:15
243

Aİ Ukraynanın müdafiə sənayesini gücləndirmək istəyir

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell bildirib ki, Ukraynanın ehtiyac duyduğu hərbi sursatın birbaşa ölkə daxilində istehsal olunmasının təmin edilməsi həm nəqliyyat xərclərinə qənaət etməyə imkan verəcək, həm də daha sürətli tədarükü təmin edəcək.

“İki sahil” "Anadolu"ya istinadən xəbər verir ki, bu fikirləri Borrel Aİ-Ukrayna Müdafiə Sənayesi Forumunun açılışında çıxışı zamanı deyib.

Borrell, Ukrayna sənayesini Avropa ilə uyğunlaşdırmağı hədəflədiklərini diqqətə çatdırıb.

O, həmçinin Ukraynanın ehtiyac duyduğu hərbi sursatın daha çox və daha sürətli hazırlanması üçün imkanları dəyərləndirdiklərini bildirib.