06 may 2024 20:26
266

Rusiya Parisin dağıdıcı və təxribatçı xəttini qəti şəkildə qınayır

Fransa səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasının səbəbi məlum olub.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfir Parisin təxribatçı bəyanatları və Ukraynadakı müharibədə artan iştirakı ilə əlaqədar çağırılıb.

Fransa səfirinə bildirilib ki, Rusiya Parisin müharibənin daha da genişlənməsinə səbəb olan dağıdıcı və təxribatçı xəttini qəti şəkildə qınayır.

Qeyd edək ki, Fransa XİN ölkəsinin qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yayılan xəbərləri əsassız adlandırıb və Ukraynaya hərbçi göndərilmədiyini bildirib.