07 may 2024 14:23
265

PSJ Donnaruma ilə bağlı qərar verdi

PSJ qapıçısı Canluici Donnaruma ilə bağlı qərar verib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yer alıb. Paris təmsilçisi 25 yaşlı qolkiperlə 2026-cı ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaq istəyir. PSJ onunla danışıq aparmağa hazırlaşır.  Klub rəhbərliyi qapıçını komandanın kapitanı edə bilər.

Donnarumma 2021-ci ilin iyul ayından PSJ-də çıxış edir. 2023/24 mövsümündə o, bütün yarışlarda 40 matçda iştirak edib, 36 qol buraxıb və 16 matçda qapısını toxunulmaz saxlayıb.