COP29-un prezidenti Muxtar Babayev Moskvada Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
“Rusiya Elmlər Akademiyası Xəzər dənizində yaşayış mühitinin mühafizəsi üçün innovativ həllər nümayiş etdirib. Dünyanın hidroloji dinamikada irəliləyişlərdən tutmuş vəhşi təbiətin tədqiqinə qədər effektiv tədbirlər görmək üçün ambisiyalı ideyalara və tərəfdaşlığa ehtiyacı var”, - paylaşımda qeyd olunub.
The Russian Academy of Sciences in Moscow showcased innovative solutions to protect homes and habitats in the #Caspian Sea. From advancements in hydrological dynamics to wildlife studies, the world needs #ambitious ideas and partnerships to deliver effective, #inclusive action. pic.twitter.com/AydJudobQQ
— COP29 AZ (@COP29_AZ) May 8, 2024