08 may 2024 14:08
553

SOCAR bu il aparılan qaz işlərinin həcmini açıqlayıb

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 17 min 644 metr qazma işləri həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatında deyilir.

Bu, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 2 min 088 metr və ya 10,6 % azdır.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə SOCAR 19 min 732 metr qazma işləri aparıb.