08 may 2024 16:45
277

Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki hərbi attaşesi, polkovnik Maksim Yelovikin ölkədən çıxarılacağını açıqlayıb.

“İki sahil” “Reuters“ə istinadən xəbər verir ki, qurumdan onun diplomatik statusunun ləğv olunacağı da bildirilib.

Qərarın səbəbləri barədə krallığın daxili işlər naziri Ceyms Kleverli danışıb. O deyib ki, buna səbəb Rusiyanın bütövlükdə Avropadakı pozuculuq fəaliyyətidir.