08 may 2024 16:42
274

Vedanta Hikməti: Stresssiz Həyat - Bakıda Düşünmə və Öyrənmə Günü

Bakı Muzey Mərkəzində 11 may tarixində “Vedanta Hikməti: Stresssiz Həyat - Düşünmə və Öyrənmə Günü” adlı xüsusi təlim keçiriləcək. Bu təlim öz şəxsiyyətiniz, münasibətləriniz və dünyadakı yeriniz haqqında düşünmək üçün bir fürsətdir.

“İki sahil” xəbər verir ki,  ANSA Akademiyasının dəstəyi ilə təşkil edilən seminarda dünyaca məşhur Sudhakar “Stresssiz Həyat” mövzusunda mühazirə təqdim edəcək. Tədbir ingilis dilində olub rus dilinə tərcümə ediləcək. Hindistanın həyat fəlsəfəsi olan Vedanta, şəxsiyyətiniz və bu dünyada missiyanız haqqında daha aydın bir təsəvvür yaratmağa kömək edir. Bu düşüncə aydınlığı, daxili sülh, fəaliyyətlərdə uğur və münasibətlərə harmoniya qazandıran güclü intellektin inkişafı etdirilməsi üçün unikal bir fürsətdir.

Biletlər www.iticket.az saytında 10 AZN qiymətində satışa çıxarılıb.

Təlimlərə qoşularaq, Vedanta Akademiyasının tanınmış müəllim heyəti Sudhakar Dass və İrina Dvvarakın rəhbərliyi altında mühazirə və müzakirələrə iştirak edin.

Bakı Muzey Mərkəzində ANSA tərəfindən təşkil edilmiş qədim hikmət və özünütanımaya həsr olunmuş xüsusi günü qaçırmayın.