08 may 2024 17:58
300

Terrorçuların ölkəyə sızma təhlükəsi var - Amerikalı generaldan XƏBƏRDARLIQ

ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan briqada generalı Bleyn Holt bildirib ki, ABŞ-a nəzarətsiz miqrasiya və Vaşinqtonun bu məsələdəki fəaliyyətsizliyi terrorçuların ölkəyə sızmasına şərait yaradır.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“Ölkəmizdə terror aktları olacaq. Universitet şəhərciklərində baş verənlər aysberqin görünən hissəsidir”, o, Newsmax-a açıqlamasında bildirib.

Mart ayında Texas senatoru Ted Kruz bildirib ki, Birləşmiş Ştatlar 2001-ci il sentyabrın 11-dən bəri ən böyük terror hücumları təhlükəsi ilə üzləşib. Onun fikrincə, bu, miqrasiya böhranı ilə bağlıdır.