08 may 2024 18:45
278

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Məlumata görə, Ermənistan KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli "KTMT-2024 büdcəsi haqqında" qərarına qoşulmaqdan və bununla da təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək, bununla yanaşı, bu qərarın məhdud tərkibdə qəbul olunmasına etiraz etməyəcək.