08 may 2024 21:48
316

Biləsuvarda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Bu gün Biləsuvar Gənclər Evində Qara Qarayev adina Azerbaycan Dovlet Kamera orkestrinin müşayəti və Azərbaycanın xalq artisti Nəzakət Teymurovanın ifası ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verərək bildirib ki, müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafındakı müstəsna rolu və misilsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayəti ilə Azərbaycanın xalq artisti Nəzakət Teymurovanın səsləndirdiyi musiqilər iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Sonda xatirə şəkli çəkilib.