08 may 2024 23:25
259

Tokayevdən təklif

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi İttifaqı (Aİİ) ərazisində maneəsiz vahid daxili bazar yaratmağı təklif edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, ölkə başçısı bunu Avrasiya İqtisadi İttifaqının sammitində deyib.

“Biz həqiqətən vahid və sistemli fəaliyyət göstərən, maneəsiz daxili bazar yaratmalıyıq. Gizli məhdudiyyətlərin tətbiqi təcrübəsini tamamilə aradan qaldırmaq vacibdir”, - dövlət başçısı qeyd edib.