09 may 2024 10:41
310

Kitab festivalına “Kitablardan qazandığım dostlarım” adlı sərgi özünəməxsus rəng qatıb

Mayın 8-də Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində Kitab festivalı öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli festivalın açılış tədbirində iştirak edib.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Sevgi Abdullazadənin Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Kitablardan qazandığım dostlarım” adlı kitab və karikatura sərgisi festivala özünəməxsus rəng qatıb. Səlahiyyətli nümayəndə Sevginin rənglər dünyasına maraqla baxıb, gənc istedadın yeni ərsəyə gətirəcəyi rəsm tablosuna ilk rəngi çəkib, onunla xatirə fotosu çəkdirib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və ˝TEAS Press˝ Nəşriyyat Evinin təşkilatçılığı ilə keçirilən kitab festivalı mayın 11-dək davam edəcək. A