09 may 2024 12:11
230

Hitlerin silahdaşlarına postamentlər qoyurlar - Putin

Rusiya prezidenti Vladimir Putin Qırmızı Meydanda keçirilən Qələbə Paradında çıxışı zamanı bildirib ki, Qərb həqiqəti təhrif etməyə çalışır. Çünki həqiqət özlərinin mahiyyətcə müstəmləkəçilik siyasətini ikiüzlülük və yalan üzərində qurmağa öyrəşmiş insanları narahat edir.

“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

Putin qeyd edib ki, onlar nasizmə qarşı əsl döyüşçülərin abidələrini sökür, satqınları və Hitlerin silahdaşlarına postamentlər qoyurlar, əsgərlərin qəhrəmanlıq və nəciblik xatirəsini silirlər.

Rusiya prezidentinin sözlərinə görə, revanşizm, tarixi ələ salmaq, nasistlərin hazırkı ardıcıllarına haqq qazandırmaq istəyi Qərb elitasının getdikcə daha çox regional münaqişələri, millətlərarası və dinlərarası düşmənçiliyi qızışdırmaq üzrə ümumi siyasətinin tərkib hissəsidir.