09 may 2024 12:30
228

Ukrayna Ali Radası onu vəzifəsindən AZAD ETDİ

Ukrayna Ali Radasında baş nazirin müavini və infrastruktur naziri Aleksandr Kubrakovun vəzifəsindən azad edilməsi məsələsinə baxılıb. 272 deputat onun vəzifəsindən azad edilməsinə səs verib. 13 nəfər bitərəf qalıb, 35 nəfər səs verməyib.

“İki sahil” xəbər verir ki, bu barədə “Kommersant məlumat yayıb.

Kubrakov Radada səsverməyə az qalmış istefaya göndərilməsi ilə bağlı xəbərləri şərh edib. O, sosial şəbəkə hesabında  yazıb ki, fraksiya rəhbərliyi və baş nazir Denis Şmıqal onunla bu qərarı müzakirə etməyib və o, müvafiq komitənin iclasına dəvət edilməyib: “Mən hər zaman dialoqa və nazirliyin üzərimə düşən bütün sahələr üzrə gördüyü işlər barədə ətraflı hesabat verməyə hazıram”.