09 may 2024 13:11
269

PSJ baş məşqçisi ilə bağlı qərar verib

Fransanın PSJ klubu baş məşqçisi Luis Enrike ilə bağlı qərar qəbul edib.

“İki sahil” ESPN-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis növbəti mövsüm Paris təmsilçisindəki fəaliyyətini davam etdirəcək.

Rəhbərlik Enrikenin işindən razıdır və onun çox nailiyyətlər əldə edə biləcəyinə inanır.

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda Almaniyanın "Borussiya" (Dortmund) klubuna 0:1 hesabı ilə uduzub.