09 may 2024 13:35
236

ABŞ-ın Kiyevə hərbi yardımının gecikməsi... - Borrell ŞİKAYƏTLƏNİR

ABŞ-ın Kiyevə hərbi yardımının gecikməsi Ukrayna ordusunun  müdafiə qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu fikirləri Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.

“Təəssüf ki, Birləşmiş Ştatlar Ukraynaya döyüş sursatlarının təhvil verilməsində altı aylıq fasilə verdi. Bu altı ay kritik idi... Ukrayna ordusunun müdafiə qabiliyyəti və əhəmiyyətli dərəcədə azaldı”, - Borrel deyib.

Dövlət Departamenti daha əvvəl Ukraynaya yeni yardım paketləri üzərində işin başlandığını açıqlasa da, konkret müddətləri qeyd etməyib.