09 may 2024 13:57
286

Litva Ukraynaya əsgər göndərməyin YOLUNU TAPDI

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib ki, Ukrayna qoşunlarına elə bu ölkənin ərazisində təlim keçmək NATO ölkələrinin birinin ərazisindən təlimdə olmaqdan daha praktikidir. O, Litva ordusunun belə bir variantda koalisiyanın tərkibində olması və onların hava hücumundan müdafiə sistemləri ilə müdafiə olunması variantını istisna etməyib.

“İki sahil” xəbər verir ki, xarici işlər naziri bu fikirləri The Guardian-a açıqlamasında bildirib.

“Bizim qoşunlarımız hələ müharibədən əvvəl Ukraynada ukraynalılara təlim keçib və biz bunu uzun illər həyata keçirmişik. İndi yenidən bu ənənəyə qayıtmaq mümkündür. Bu, Makronun təşəbbüsünün ilk addımı ola bilər”, – nazir açıqlamasında bildirib.

Litvanın xarici işlər naziri hesab edir ki, bu halda Ukrayna ərazisində olan hərbi təlimatçılar hava hücumundan müdafiə sistemləri ilə qoruna bilər. Bu isə öz növbəsində Ukrayna səmasının bir hissəsini hava hücumundan müdafiə sistemləri ilə qorunması deməkdir. Nazir parlamentin Ukraynada təlim keçirmək üçün hökumətə mandat verildiyi barədə informasiyanı təsdiqləyib.