09 may 2024 13:52
246

Antalyada təyyarə təkərinin partlaması nəticəsində gövdəsi üzərinə enib, 190 nəfər təxliyə edilib

Antalyada "Corendon Airlines"a məxsus Köln-Qazipaşa reysini həyata keçirən təyyarə ön təkərinin partlaması nəticəsində gövdəsi üzərinə enib.

“İki sahil” xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlamasında 190 nəfərin təxliyə edildiyini, xəsarət alanın olmadığını bildirib:

"09.05.2024-cü il tarixində saat 11:00 radələrində “Corendon Airlines”ə məxsus Köln-Qazipaşa reysini yerinə yetirən B738 tipli təyyarənin eniş zolağına endikdən sonra təkəri partlayıb və onun ön dayağı zədələnib. Uçuş zolağında qalan təyyarədən 184-ü sərnişin və 6-sı ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfər təxliyə edilib. Sərnişinlərdə xəsarət alan olmayıb. İlkin məlumatlara görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib. Texniki qrupun yoxlamasından sonra təyyarə uçuş-enmə zolağından çıxarılacaq”.