09 may 2024 14:45
358

Azərbaycanın pambıq lifi ixracı 81 faiz artıb

Bu ilin birinci rübündə Azərbaycan 56 milyon 610 min ABŞ dolları dəyərində 37 635 ton pambıq lifi ixrac edib.

Bu barədə "İki sahil"ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 80,8 % və 2,2 dəfə çoxdur.

Hesabat dövründə pambıq lifi ixracı ölkənin ümumi ixracının 0,95 %-ni, qeyri-neft sektoru ixracının isə 8,4 %-ni təşkil edib.