09 may 2024 14:55
257

Ordubadda qaya uçqunu olub

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

“İki sahil” xəbər verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, hadisə yağan güclü yağış səbəbindən meydana gəlib.

Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.