İsveç hökuməti ölkənin Silahlı Qüvvələrinə Ukraynanın müdafiə qabiliyyətini dəstəkləmək üçün 28 milyon avro köçürməyi tapşırıb.
“İki sahil”in məlumatına görə, "RBK-Ukraina" bu barədə İsveç hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Beləliklə, 18 milyon avro Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu çərçivəsində üç koalisiyaya, 10 milyon avro isə NATO-nun Ukrayna üzrə Fonduna köçürüləcək.
“Biz Ukraynaya dəstəyimizi davam etdiririk və lazım olduğu müddətdə bunu edəcəyik”.