09 may 2024 16:46
272

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpa edilməsi üçün şərtlərini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat “X” hesabında yazıb.

O bildirib ki, bunun üçün İsrail Qəzzaya hücumlarını dayandırmalı, atəşkəs bərpa olunmalı və bölgədəki fələstinlilərə humanitar yardımların çatdırılmasına şərait yaradılmalıdır.

Nazirin sözlərinə görə, Ankaranın bununla bağlı qərarı qətidir və ticarət əlaqələrinin bərpasına dair iddialar həqiqətə uyğun deyil.

Qeyd edək ki, Türkiyə mayın 2-də İsraillə ticarət əlaqələrini kəsdiyini bəyan edib.