10 may 2024 01:03
314

“Olimpiakos” ikinci finalçı oldu

UEFA Konfrans Liqasında ikinci finalçının adına aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, “Aston Villa”nı evdə 2:0 (ümumi hesab 6:2) hesabı ilə məğlub edən “Olimpiakos” həlledici oyuna çıxıb.

Afina klubu finalda “Fiorentina” ilə qarşılaşacaq.