Azərbaycanda “Mənə bənzər adam”, “Ağalı” tammetrajlı, “Oriondan Sevgilərlə” qısa bədii, “Müharibənin gözləri”, “Danışır və göstərir Şuşa” qısa sənədli və “Nağıl istəyirəm!” adlı qısa animasiya filmləri çəkiləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ötən ilin iyulunda elan etdiyi film layihələri müsabiqəsinin qaydalarına əsasən yaradılan apellyasiya komissiyasının yekun nəticələrində qeyd olunub.
Bildirilib ki, Komissiya təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirməklə yanaşı, kommersiya potensialı olan layihələrin 50% və ya daha çox hissəsi maliyyələşdirildiyi ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin cəlb edilməsinə qərar verilib.
Vurğulanıb ki, komissiyadan keçən film layihələrinin məxsus olduğu istehsalçı şirkətlərlə müqavilə bağlandıqdan sonra filmlərin istehsalına start veriləcək.
Məlumatda müsabiqədə qalib gələn istehsalçı şirtkətlərə maliyyə vəsaitinin ödənilməsinə başlanıldığı qeyd olunub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?