10 may 2024 17:34
279

Moldovadakı Azərbaycan diasporu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Azərbaycanın Moldovadakı səfirliyində Ümummilli Lider, müasir Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, burada Moldova rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Moldova Azərbaycanlıları Konqresinin üzvləri və Azərbaycan diasporunun digər nümayəndələri iştirak ediblər.

“Heydər Əliyev ölkəyə şərəflə rəhbərlik edirdi. Onun müdrik qərarları sayəsində Azərbaycan çiçəklənən, tanınan dövlətə çevrilib”, - tədbirdə çıxış edən Moldova parlamentinin deputatı, Azərbaycan-Moldova dostluq qrupunun sədri Vitali Yakot bildirib.

“Bu gün Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edərək, onun xatirəsinə bir daha dərin ehtiramımızı bildiririk. Bu istiqamətdə edə biləcəyimiz ən yaxşı iş Ümummilli Liderimizin vəsiyyət etdiyi kimi tərəqqi, həmrəylik və Vətən sevgisi yolunda bundan sonra da inamla addımlamaqdır”, - Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov vurğulayıb.