ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ATƏT sədri Ermənistanda xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Cənubi Qafqaz regionuna səfəri çərçivəsində mayın 14-də Bakıda görüşlər keçirəcək.
"Mən tərəfdaşlarımla Bakıda keçirəcəyim görüşlərdə dayanıqlı və hərtərəfli sülh üçün danışıqların aparılmasına sadiqliyin vacibliyini vurğulayacam", - ATƏT sədri deyib.
Azərbaycan-ABŞ əlaqələrinin bugünkü səviyyəsi 34 illik diplomatik münasibətlərinin tarixində ən yüksək zirvədədir - TƏHLİL
Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb