Ermənistan və Azərbaycan arasında sabit və hərtərəfli sülhə nail olmaq ATƏT üçün prioritet olaraq qalır.
“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq İrəvanda keçirilən brifinqdə deyib.
“Dialoq və diplomatiya yeganə yoldur. Biz əminik ki, hərtərəfli nizamlanmaya nail olmaq üçün konstruktiv dialoq lazımdır. Sərhədlər məsələsində əldə olunan irəliləyiş, şübhəsiz ki, bu yolda dəyərli addımdır. Sabah Bakıda mən azərbaycanlı həmsöhbətlərimi danışıqlara etibarlı və sabit sadiqlik nümayiş etdirməyə çağıracağam”, - o bildirib.
Azərbaycan-ABŞ əlaqələrinin bugünkü səviyyəsi 34 illik diplomatik münasibətlərinin tarixində ən yüksək zirvədədir - TƏHLİL
Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb