14 may 2024 15:41
477

Yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Mayın 14-ü saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.

Bu barədə "İki sahil"ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Göyçay, Kürdəmir, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Naxçıvanda saat 13:15-13:20 radələrində diametri 1 mm olan dolu düşüb.

Göygöl, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçayda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 15-19, Aran rayonlarında 14-17, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.