15 may 2024 10:47
464

Yasamalda iki maşın toqquşub

Səhər saatlarında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İnellektual İdarəetmə Mərkəzindən "İki sahil"ə verilən məlumata göörə, qəza nəticəsində bir ədəd svetofor dirəyi yararsız hala düşüb. Mərkəzin texniki əməkdaşları əraziyə cəlb olunublar və svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.

"Nəqliyyatı İnellektual İdarəetmə Mərkəzi sürücülərin diqqətinə çatdırır ki, yollarda svetoforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər", məlumatda deyilir.