15 may 2024 15:08
258

Ançelotti Arda Güleri təriflədi

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın son turunda ötən gecə "Alaves"lə oyunda qol vuran Arda Güler haqda danışıb.

“İki sahil” xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, 19 yaşlı türkiyəli yarımmüdafiəçi çətin anlarda da rəqib qapısına yol tapmağı bacarır:

"La Liqada 4-cü qolunu vurdu. Bu da onun keyfiyyətini göstərir. Təbii ki, gənc futbolçularımıza böyük sevgimiz var. Arda çox yaxşı irəliləyir. Onda təbii istedad var. Arda çətin anlarda belə, qol vurmağı bacarır. Səbəbi isə odur ki, top Ardaya aşiqdir. Komandası da onu çox sevir. Gələn il isə Arda bunları daha yaxşı edəcək".

Qeyd edək ki, Arda Güler 5:0 hesabı ilə qalib gəldikləri oyunun 62-ci dəqiqəsində meydana daxil olub və 81-ci dəqiqədə qol vurub. Bu, onun La Liqada vurduğu 4-cü qol olub.