15 may 2024 18:27
278

Yağış yağacaq, külək olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 16-sı və 17-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir.

“İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Mayın 17-si günün birinci yarısında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.