Prezident İlham Əliyevin yeni dövrün əsas milli ideyası və ideyaları ilə bağlı UNEC-də start verilən “Gələcək özümü gələcək?” adlı növbəti ictimai müzakirə “Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan: Yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!” mövzusunda olub.
“İki sahil” xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradov bildirib ki, Prezident İlham Əliyevin yeni milli ideyaların formalaşması barədə çağırışını əsas tutaraq, UNEC-də müxətlif sahələr üzrə yeni ideyaların müzakirəsi davam edir. Rektor bu dəfəki müzakirənin mövzusunun müəyyən edilməsində ölkə Prezidentinin verdiyi müsahibələrdə səsləndirdiyi fikirləri nəzərə alaraq, 2 ideya - Yaşıl iqtisadiyyat və Rəqəmsal Azərbaycan əsas götürülüb.
Müzakirələr zamanı Azərbaycan iqtisadiyyatını yaşıllaşdırmaq məqsədilə ölkənin rəqabət üstünlüyü olan sahələrinin müəyyən edilməsi və bu sahələrin inkişafı istiqamətində atılacaq addımlarla bağlı yeni ideyalar səsləndirilib.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Rəqəmsal Azərbaycanla bağlı isə yeni baxışların formalaşdırılması və dayanıqlılığın təmin edilməsi istiqamətində maraqlı fikirlər irəli sürülüb.