Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ rəsmiləri dövlət katibi Antoni Blinkenin Kiyevə səfəri ilə bağlı Rusiyaya xəbərdarlıq edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu qrup Kiyevə getməzdən bir qədər əvvəl biz müvafiq məlumat aldıq”-, o deyib.
Qeyd edək ki, mayın 14-də Blinken elan olunmamış səfərlə Kiyevə getmişdi.