“Yuventus”un müvəqqəti baş məşqçisinin adına aydınlıq gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda klubun U-21 kollektivinin baş məşqçisi Paolo Monteroya tapşırılıb. O, "Yuventus"a cari mövsümün sonuna kimi rəhbərlik edəcək.
52 yaşlı uruqvaylı komandanı mövsümün qalan matçlarında - "Bolonya" və "Monza" ilə görüşlərə çıxaracaq.
Xatırladaq ki, “Yuventus” mayın 17-də Massimiliano Alleqrini istefaya göndərdiyini açıqlamışdı.
Zemfira Meftahətdinova "İdman veteranları" İctimai Birliyinin prezidenti seçilib
Avropa çempionatı: Azərbaycanın iki boksçusu finala, biri yarımfinala yüksəlib