18 iyul 2016 15:26
264

İkili standartlar, etnik separatizm...

Müasir dövrün əsas çağırışlarından biri terrorizmə, separatizmə qarşı birgə mübarizənin sözdə deyil, əməldə öz təsdiqini tapmasıdır.  Bu mövzunun aktuallığı keçirilən beynəlxalq səviyyəli tədbirlərin sayından və həmçinin müzakirəyə çıxarılan məsələlərdən də aydın görünür. Gəlin ötən il bu mövzularda keçirilmiş tədbirlərin xronologiyasına nəzər salaq. 2017-ci il  Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda  beynəlxalq forum keçirildi. Forumun “Yeni dünya düzənində  separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanan bölmə iclasında bu və ya digər ölkələrdə mövcud münaqişələrin bu günə qədər həllini tapmamasının hansı problemlərə yol açmasından geniş bəhs olunmuşdur. Azərbaycan   terrorla  üz-üzə qalan bir ölkə kimi daim  mübarizənin önündədir. Bu həqiqəti də etiraf etmək yerinə düşər ki, dünya dövlətləri hər hansı məsələyə həqiqətin gözü ilə baxmaq, həmin problemi yaşayan ölkənin nə kimi çətinliklərlə üz-üzə dayandığını dərindən dərk etmək  üçün mütləq o hadisəni yaşamalıdır. Necə ki, 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonun xarici siyasətində dəyişiklik etməsini şərtləndirdi. Həmin terror aktına ilk münasibət bildirən Azərbaycan dövləti oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanın terrorizmə qarşı mübarizənin önündə olduğunu önə çəkərək, bunu əməli işdə sübut etməyə hazır olduğunu bəyan etdi. Məhz həmin dövrdə  Trabzon şəhərində  Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının birgə görüşü keçirildi, terrorizmlə mübarizəyə dair Memorandum imzalandı. İşğalçı Ermənistan isə həmin hadisəyə laqeyd münasibəti ilə diqqət çəksə də, yenə də dünyanın ikili siyasətindən bəhrələndi. Belə ki, ABŞ hökuməti Ermənistana bu yanaşmasına görə hansısa sərt münasibəti göstərmədi, əksinə maddi və mənəvi dəstəyinin miqyasını genişləndirdi. Bu, artıq “ikili standartlar”ın  dünya üçün qəbul olunan bir prinsipə çevrildiyini bir daha nümayiş etdirdi. Dünyanın bu reallığı yalnız güc mərkəzləri həmin problemi özləri yaşayanda dərk edirlər. İstər qeyd etdiyimiz Forumda, istərsə də bu günlərdə  İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  bildirmişdir ki, etnik separatizm millətlərarası, bəzən dövlətlərarası, hətta mədəniyyətlərarası münaqişələr doğurur ki,  onların da çoxu hərbi toqquşmalarla müşayiət olunur.  Bu münaqişələrin yayılma coğrafiyası demək olar ki,  dünyanın əksər bölgələrini əhatə edir. Ə.Həsənov bu həqiqəti də diqqətə çatdırmışdır ki,  Ermənistanın hərbi-siyasi dəstəyi ilə  Azərbaycanın ərazisində  yaradılmış qondarma “Dağlıq Qarabağ separatçı rejimi”nin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə  bağlı dörd qətnamə qəbul etsə də, onların icrasından imtina edən işğalçı Ermənistana qarşı təəssüf ki, təsirli tədbirlər görmədi.  Bu gün BMT başda olmaqla beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyasını yerinə yetirməli olan əksər təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri  işğal faktına  seyrçi mövqe tutmaqda davam edir.

Tarixdə öz təsdiqini tapmış  bu deyimi xatırlatmaq istərdik- bir cinayətin cəzasız qalması növbəti cinayət üçün əsasdır. Rəsmi Bakı beynəlxalq təşkilatların tribunalarından hər zaman bəyan edir ki,  işğalçı, terrorçu ölkəni dəstəkləmək bu siyasəti müdafiə etmək deməkdir. Rəsmi Bakı ən yüksək tribunalardan Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu, buranın terror yuvasına çevrildiyini hər zaman bəyan edir. Lakin dünya susmağında, işğalçı Ermənistan isə terror hadisələrini törətməkdə davam edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasında  dünyanın ikili siyasətinin nə kimi rol oynadığı problemin həllində vasitəçilik missiyasını yerinə yetirən  ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin işğalçı Ermənistana maddi və mənəvi dəstəklərinin davamlı olmasından daha aydın görünür. ABŞ Konqresi hər il Ermənistana və qondarma rejimə ayırdığı vəsaitlərin miqdarını artırsa da, bunu  müxtəlif adlar altında ört-basdır etməyə çalışır. İkili yanaşmanın “köməyinə” gələn demokratiyaya dəstək adı altında gizlənən məqamlardır.  Hansı ki, bu ölkəni təmsil edən bəzi beynəlxalq hüquq təşkilatları Dağlıq Qarabağı Ermənistanla Azərbaycanın müştərək ərazisi kimi qeyd edirlər. Rusiya ensiklopediyasında  Dağlıq Qarabağ  Ermənistanın ərazisi kimi göstərilir, rəsmi Bakı buna sərt mövqeyini bildirir, Rusiya rəsmiləri buna bir “təsadüf” deyib, üstündən sakit keçirlər. Amma unudurlar ki, ensiklopediya hər bir dövlətin mövqeyini əks etdirən nəşrdir. Onu hazırlanması uzun sürən təhlillərin, araşdırmaların nəticəsidir. “Təsadüf” deyib, işğalçıya dəstək olmaqla həm özlərinə, həm də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edirlər. Nə qədər ki, Ermənistana belə sığallar davam edəcək, ədalətdən, beynəlxalq hüquq normalarına hörmətdən danışmaq qeyri-mümkündür. Cənab İlham Əliyev ötən il BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında bəyan etmişdir ki, BMT-nin mühüm  islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. Bəzi hallarda  bu qətnamələr bir neçə gün ərzində  icra olunur, Azərbaycana gəldikdə isə 24 ildir ki, icra olunmur. “Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər” söyləyən dövlətimizin başçısı 2016-cı ilin aprelində  Ermənistanın təmas xəttində  törətdiyi hərbi cinayətə diqqəti yönəltmişdir.

Reallıq budur ki,   hazırda  beynəlxalq münasibətlər sistemində  hökm sürən “ikili standartlar” siyasəti  etnik separatçılığa  qarşı qətiyyətli və prinsipial şəkildə  mübarizə aparılmasına  əngəl törədir. Ölkə Prezidenti İlham Əliyev “ Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır” fikirləri ilə bütün dövrlər üçün aktuallığını qoruyan  bu məsələyə - terrorizmə və separatizmə qarşı birgə mübarizəyə laqeyd, daha dəqiq desək, maraqlara uyğun yanaşmanın nə kimi problemlərə yol açdığına  diqqət yönəldir. Cənab İlham Əliyev  BMT-nin tribunasından bəyan etmişdir ki,  beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi, yenidən cəzalandıracaq.

Ötən il ölkəmizdə keçirilən  mühüm tədbirlər sırasından olan   “Asiyanın Qəlbi- İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransında da bu vacib məqam qeyd olunmuşdur  ki, bu tədbir  bir daha müştərək öhdəliyimizi əks etdirir. Bu öhdəlik terrorizmə və separatizmə qarşı  mübarizənin aparılmasında səylərin birləşdirilməsidir.  Cənab İlham Əliyev çıxışında bu inamı ifadə etmişdir ki, 2015-2025-ci transformasiya onilliyində Əfqanıstana dəstək olmaq üçün  birgə səylərimiz Əfqanıstanın layiq olduğu  təhlükəsiz, vahid, çiçəklənən və qonşuları ilə sülh şəraitində yaşayan ölkə olmaq  məqsədlərinə nail olması üçün mühüm pillədir.  “Asiyanın Qəlbi” Bəyannaməsində bir daha qeyd olunmuşdur ki,   beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi,  suverenlik, ərazi bütövlüyü, dövlətlərin beynəlxalq səviyyədə  tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik  təmin edir.  2017-ci ilin noyabrında Şərq Tərəfdaşlığının Brüssel sammitində də  Avropa İttifaqının  öhdəliklərinin dəqiq vurğulandığı “Xarici siyasət və təhlükəsizlik haqqında qətnamə” qəbul edilmişdir. Bununla da  Aİ Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələrin həllinə vahid yanaşmanı aydın nümayiş etdirdi.

Göründüyü kimi, reallıqlar dünya dövlətlərinə, təşkilatlarına bəllidir, bununla bağlı qərar və qətnamələr qəbul olunur, amma problem o sənədlərin maraqlardan asılı olaraq  kağız üzərində qalmasındadır. Prezident İlham Əliyev  hər zaman bildirir ki,  bütün hallarda terror cəhdlərinə qarşı mübarizədə fərqlənən,  nüvə təhlükəsizliyi ilə bağlı  qəbul olunan qərarlara   hörmətlə yanaşan Azərbaycan   beynəlxalq birliyin bu istiqamətdəki səylərini  əhəmiyyətli hesab edir. Dünya birliyi tərəfindən dəstəklənən Azərbaycandakı sabitlik və tolerantlığın digər ölkələrə nümunə göstərildiyi bir zamanda hələ də terrora,  separatizmə haqq qazandıran ermənilər insanlığa qara ləkə,   Prezident İlham Əliyevin vurğuladığı kimi,  beynəlxalq ictimaiyyətə, ölkələrin ərazi bütövlüyünə,  demokratiya və  iqtisadi inkişafa təhlükədir.

Dünya bu həqiqəti də unutmasın ki, terrorçunun vətəni olmadığı kimi heç bir ölkə də terrordan sığortalanmayıb. İşğalçıları müdafiə edib, terrora və təcavüzkarın qanlı əməllərinə göz yumanlar bilməlidirlər ki, daim bu və ya digər dövlətlərin əlində oyuncağa çevrilən  ermənilər zamana və məkana uyğun olaraq  üzüdönük və  qaniçən,  özlərini yazıq, məzlum kimi göstərməyə adətkardılar. Ən əsası arxadan zərbə vurmaq  bu millətin xarakterik xüsusiyyətidir.

Yeganə Əliyeva, “İki sahil”