ABŞ Dövlət Departamenti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama yayıb.
“ABŞ İranın şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian və nümayəndə heyətinin digər üzvlərinin həlak olması ilə bağlı rəsmi başsağlığı verir. İran yeni prezidenti seçdiyi üçün İran xalqını və onun insan haqları və əsas azadlıqlar uğrunda mübarizəsini dəstəklədiyimizi bir daha təsdiqləyirik”, - açıqlamada qeyd olunub.