21 may 2024 16:20
244

Bölgələrə yağış yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

Mayın 21-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Culfa, Ordubad, Zaqatala, Şəki, Yardımlı, Lənkəran, Lerik, Göygöldə yağış yağıb.

Bu barədə "İki sahil"ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lerik, Qrız, Daşkəsən, Göygöldə duman müşahidə olunub.

Saat 15:04 radələrində Zaqatala rayonuna xırda dənəli dolu düşüb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 16-21, Aran rayonlarında 21-24, dağlıq rayonlarda 8-12 dərəcə isti olub.