21 may 2024 20:30
451

Paşinyan onu Xarici Kəşfiyyat Xidmətinin rəis müavini təyin edib

Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiyanın həmtəsisçilərindən birini Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin müavini təyin edib.

“İki sahil”  Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə müvafiq sərəncam Ermənistan hökumətinin saytında dərc olunub.

Sərəncama əsasən, Arman Boşyan Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini təyin edilib.