Ukrayna prezidenti Volodimir Zelenski iyulun 30-da ABŞ ilə silah haqqında sazişlərin əsas prinsiplərini razılaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna lideri xalqa müraciətində bildirib.
"Bu gün həmçinin ABŞ ilə silah haqqında sazişlərimizin əsas prinsiplərini razılaşdırdım. Mən bu genişmiqyaslı sazişlər barədə prezident Trampla danışmışam. Və mən çox ümid edirəm ki, bunların hamısını həyata keçirə biləcəyik. Bu, şübhəsiz ki, hər iki ölkəni, yəni müttəfiqlərimizi, tərəfdaşlarımızı daha güclü edəcək", - Zelenski bildirib.