21 may 2024 22:18
454

Kadırovun oğlu nazir oldu - Bədən tərbiyəsi və idman naziri

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Axmat Kadırov vilayətin bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ramzan Kadırov teleqram kanalında məlumat verib.

“Axmat Kadırov Çeçenistan Respublikasının bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib. Əvvəllər bu vəzifəni tutan İsa İbrahimov Çeçenistan Respublikasının hökumət administrasiyası rəhbərinin müavini vəzifəsinə keçirilib”, - deyə məlumatda bildirilir.