22 may 2024 11:24
198

Səfir: Azərbaycan Avropanın enerji resurslarının şaxələndirilməsində daha mühüm rol oynayacaq

Azərbaycan Avropanın enerji resurslarının şaxələndirilməsində, Avropa İttifaqına (Aİ) bərpa olunan enerji mənbələri, elektrik enerjisi və enerji daşıyıcılarının tədarükündə getdikcə daha mühüm rol oynayacaq.

“İki sahil” xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

“Aİ-nin enerji təhlükəsizliyi üçün vacib olan enerji infrastrukturları arasında mövcud qarşılıqlı əlaqələrin gücləndirilməsi sürətləndirilə bilər ki, bu da Macarıstanın, eləcə də bütövlükdə Aİ-nin enerji təhlükəsizliyi üçün əsas olan enerji resurslarının şaxələndirilməsinə kömək edəcək”, - o bildirib.

Səfir onu da qeyd edib ki, Azərbaycan enerji resurslarının şaxələndirilməsində, xüsusən də “yaşıl enerji” layihəsi çərçivəsində Avropaya bərpa olunan enerji mənbələrinin tədarükündə getdikcə daha mühüm rol oynayacaq: “Bu, tezliklə Azərbaycan və Gürcüstandan Albaniya və Macarıstan vasitəsilə Aİ-yə çatacaq”.