22 may 2024 12:38
443

Bakıda 132 nömrəli məktəbdə Cəfər Cabbarlıya həsr olunan dərs - AzTV-nin “Qızıl Fond”undan NADİR KADRLAR

AzTV-nin “Qızıl Fond”unda Azərbaycan ədəbiyyatı və mədəniyyətinin parlaq siması olmuş Cəfər Cabbarlıya həsr olunan dərsin görüntüləri təqdim olunub.

“İki sahil” xəbər verir ki,  bu kadrlar 1971-ci ilə aiddir.

Bakıda 132 nömrəli məktəbdə lentə alınan bu görüntülərdə “Firuzə” hekayəsi barədə diskusiya əks olunub.