Qarabağda və Şərqi Zəngəzurda 705 tarixi və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasnının Arxeologiya və Antropologiya Institutunun tərəfdaşlığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfransda bildirib.
"Bu prosesə yerli və xarici mütəxəssislər cəlb edilib. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı abidələr, müqəddəs məkanlar bərpa edilərək əsl sahiblərinin üzünə açılır. Heydər Əliyev Fondunun xətti ilə Şuşada, Ağdamda, Zəngilanda bir sıra abidələr bərpa edilib. Mədəniyyət Nazirliyinin xətti ilə Ağdamda Pənahəli xanın imarət kompleksinin bərpası yekunlaşıb", - deyə o qeyd edib.
S.Yusifova Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini, aparılan geniş arxeoloji qazıntı işləri nəticəsində ölkənin qədim tarixinə aid yüzlərlə abidələr və minlərlə maddi mədəniyyət nümunələrinin aşkar edildiyini, bu nümunələrin qorunduğunu deyib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?